18 May 2018 01:20
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı musiqiçi Ruslan Danilevski saxlanılıb.

Musiqiçinin rəfiqəsi Yelena Genova jurnalistlərə bildirib ki, səhər saat 6 radələrində polis əməkdaşları Ruslana yaxınlaşaraq ondan sənədlərini göstərməsini tələb ediblər.

Üzərində pasport olmadığı üçün polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 28-ci polis bölməsinə aparıblar.

Bölmədə məlum olub ki, Danilevskinin ümumiyyətlə pasportu yoxdur.

“O pasportun alınması üçün ərizə verib. Yaşı az olanda, anası onunla Azərbaycandan bura köçüb və sənədlərinin hazırlanması ilə məşğul olmayıb”, -deyə musiqiçinin rəfiqəsi bildirib.

Onun sözlərinə görə, Danilevski bu yaxınlarda sənədlərini səfirliyə təqdim edib və pasport alması üçün yalnız rüsumu ödəmək qalıb.

Hazırda polis şöbəsində saxlanılan Danilevskinin Azərbaycana deportasiya olunacağı gözlənilir.

Saxlanılması ilə əlaqədar musiqiçinin cümə gününə planlaşdırılan konserti təxirə salınıb.

/Virtualaz.org/


Müəllif: Teleqraf.com