18 May 13:34

Bakının Binəqədi rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edib.

Onlar 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq, ümumilikdə 17000 manat pullarının alındığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilib.

Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov
Загрузка...