19 May 2018 09:01
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.

Report-un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib.

O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Maraqlısı odur ki, polisə izahat verən Emil Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com