19 May 2018 11:18
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, məhkum Məzahir Kaltayevin yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Balakən rayon sakini Aypara Telliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı qadının gətirdiyi sovqatda olan şalvarın cibində gizlədilmiş kağız bükülüdə 0,47 qram marixuana aşkar edilib.

Məlumata görə, Məzahir Kaltayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 237.1-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) maddələri ilə ittiham edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov