19 May 2018 15:45
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manata yaxın pul və qızıl əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir Həşimov tutulub. Samir Həşimov bundan əvvəl rayonda daha bir quldurluq cinayəti törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov