19 May 2018 17:07
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qarabaqqal kəndi ərazisindən Bığır kənd sakinləri Rəşan Rəsulov və qardaşı, əvvəllər məhkum olunmuş Elvin bıçaqlanıb.

Hər iki qardaş kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bığır kənd sakini, əvvəllər məhkum olunmuş Mahir Qəhrəmanov saxlanılıb.

Məlumata görə, hadisə pul borcu üstündə yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov