19 May 2018 18:37
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki evlərin birindən 1400 manat və 4000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Məlum olub ki, dost olan hər iki yeniyetmə oğurladıqları pulları şəhər ərazisində olan əyləncə mərkəzlərində xərcləyiblər. Onlar oğurladıqları qızılların bir hissəsini də dəyər-dəyməzinə sataraq, əldə etdikləri pulları xərcləyiblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov