Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Hövsan qəsəbəsində yaşayan Mirzə Mirzəyev həbs edilib.
Onun evinə baxış zamanı 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.