20 May 2018 16:23
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçmiş arvadı ilə barışmaq üçün oevinə gedən Burhan S. qadının ailə üzvlərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, keçmiş arvadı Diləş Ulutaşla danışmaq istəyən Burhana qayınatası İsmayıl Ulutaş mane olmağa çalışıb. Bu zaman aralarında mübahisə yaranıb. Mübahisə zamanı Burhan özüylə gəzdirdiyi silahı çıxardaraq, əvvəlcə qayınatasına, sonra arvadına və qayınanasına atəş açıb. İsmayıl Ulutaş aldığı yaralardan yerindəcə keçinib. Dilək Ulutaşla anası isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçsa da, polis tərəfindən həbs edilib.


Müəllif: Cabbar