13 Avqust 2014 10:06
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının sabunçu rayonunda dəhşətli yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.

Nəticədə sürücü Süleyman Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər. Hadisə zamanı “VAZ-2107 markalı avtomobildə olan sərnişinlər Musa Məmmədov və Mircəfər Əsgərov xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: