22 May 2018 14:53
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nazim Məmmədovun işinə yeni qoşulan vəkil cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses mayın 29-dək təxirə salınıb.

İttihama görə, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan "TuranBank"ın Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxsi tərk-silah edərək tutublar.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.


Müəllif: Hacı Zeynalov