13 Avqust 2014 10:37

Sumqayıt Apellyasiya Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin apellyasiya şikayəti əsasında məhkəmə iclası keçirilib


Bu barədə məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, N.Quliyevin barəsində Abşeron Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb.


Qeyd edək ki, Nicat Əmir oğlu Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.


N.Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

/APA/


Müəllif:
Загрузка...