13 Avqust 2014 11:05
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Abşeron rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Nicat Babazadənin idarə etdiyi “Opel” markalı avtomobil ilə “Pajero” markalı maşın toqquşub. Qəza nəticəsində Nicat Babazadə dünyasını dəyişib.


Nicat Babazadə Daxili Qoşunların giziri olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: