25 May 2018 17:05
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Müseyib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Müseyib Məmmədov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 22-də Bakı şəhər sakini Ramin İbrahimov, qardaşları Ruslan və Rəhman bıçaqlanıb. Hər üç yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Müseyib Məmmədov tutulub.

Məlum olub ki, o, əvvəllər də məhkum olunub.


Müəllif: Hacı Zeynalov