26 May 2018 19:59
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda münaqişə zəminində rayon sakini E.Quliyevə bıçaqla xəsarət yetirən M.Cəfərli saxlanılıb.

Teleqraf.com DİN-ə istinadən xəbər verir ki, mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində kənd sakini Məhəmmədəli Cəfərli münaqişə zəminində Poladlı kənd sakini Elşad Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərli saxlanılıb.


Müəllif: Teleqraf.com