27 May 2018 13:39
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 3 nəfərin avtomobillərindən pul və maqnitofon oğurlanıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov