27 May 2018 11:24
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində iki mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlaması barədə Masallı rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu rayon sakini Xəzər Hüseynovun törətdiyi məlum olub.

O, polis əməkdaşları tərəfindən həbs edilib.

Məlum olub ki, Xəzər Hüseynov oğurluq hadislərini dostu, rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Mirzəyevlə birgə törədib.

Görülmüş tədbirlərlə Seymur Mirzəyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov