27 May 2018 15:02
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlanıb.

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb.

Onun mayın 1-dən 20-dək olan müddətdə 2 evin həyətindən 2 velosiped, 1 evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov