28 May 2018 01:28
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə narkotiklərlə mübarizə çərçivəsində mayın əvvəlindən bu günədək aparılan əməliyyat zamanı öldürülənlərin sayı 70-i ötüb.

Teleqraf.com “BBC”yə istinadla xəbər verir ki, rəsmilər həyata keçirilən əməliyyatlar çərçivəsində təhlükəsizlik qüvvələri ilə narkotik tacirləri arasında qarşıdurmalar zamanı 70-dən çox şəxsin həyatını itirdiyini bildirib.

3 mindən çox şəxsin saxlanıldığı qeyd olunur.

Banqladeşin Baş naziri Şeyx Hasina əməliyyatların radikal fəallarla mübarizə qədər vacib olduğunu deyib.

Filippində 2016-cı ilin iyulunda başladılan narkotiklə mübarizə çərçivəsində 7 mindən çox insanın öldüyü vurğulanır.


Müəllif: Nərgiz