13 Avqust 2014 15:00
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq üstündə həbs olunan Türkiyə vətəndaşının törətdiyi yeni cinayətlər üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun istintaqı davam edir.

İstintaq zamanı onların Könül Pənahovaya və Mikayıl İsmayılova məxsus velosipedləri, habelə Sədəf Səydiyevaya və Natiq Həsənova məxsus avtomobillərdən pul, mobil telefon, bankomat kartı və sənəd oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl yayılan açıqlamada təqsirləndirilən şəxslər Bakı şəhər sakinləri Nicat Abdullayev, Xəyalə Aslanova, Samirə Qocayeva və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyev və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.

Həmçinin Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölmələri əməkdaşları tərəfindən tutulan Azərbaycan vətəndaşı Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun başqa cinayətləri müəyyən olunub.

Onların Aynur Əlizadəyə, İlahə Abbasovaya, Mehriban Hüseynovaya, Fəzayıl Hüseynova, Qurban Qurbanlıya, Rasim Cəfərova, Aynurə Avnilovaya, Asif Şirinova və Yelena Novikovaya məxsus avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: