13 Avqust 2014 15:04

Ağstafada külli miqdarda çətənə kolu aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Poylu kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 5 ton 225 kiloqram olan 9500 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...