13 Avqust 2014 17:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Rəfael Abbasovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəfael Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs edilib.

Rəafel Abbasov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəyib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...