13 Avqust 2014 18:39
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilən İlkin Məmmədov xəstəlikdən müalicə müəssisəsində ölüb.

Qeyd edək ki, 2012-ci ilin aprelin 10-da Nizami rayonunun Keşlə qəsəbəsində Məmmədovların ailədaxili münaqişəsi faciə ilə nəticələnib. Axşam saatlarında 26 yaşlı paytaxt sakini İlkin Rafiq oğlu Məmmədov ailə-məişət münaqişəsi zəminində atası 1957-ci il təvəllüdlü Rafiq İslam oğlu Məmmədova döş və qarın nahiyəsindən bıçaq zərbələri endirib.

Rafiq Məmmədovun sol döş nahiyəsindən aldığı xəsarət daha ağır olduğundan, o, xəstəxanaya aparılarkən dünyasını dəyişib. Oğul sonradan hadisə yerindən qaçsa da, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif: