14 Avqust 2014 09:13

Bakının mərkəzində güclü yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 2 otaq, aynabənddən ibarət evin hamam otağına yığılmış paltarlar və kitablar 9 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 19:40-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...