14 Avqust 2014 14:46
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakinləri, 21 yaşlı Faiq Ağayev və 26 yaşlı Oqtay Tahirov mənzildən külli miqdarda pul oğurlayıb. Onlar tanışları Tahir Fərəcovun evindən açar seçmə yolu ilə 7 min manat pulu oğurladıqdan sonra aralarında bölüblər.

Oğurluq hadisəsini törədənlər Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşları tərəfindən həbs ediliblər.

Hacı Zeynalov


Müəllif: