14 Avqust 2014 14:56
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Zaqatala rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, yolun kənarında kişi meyiti tapılıb. Araşdırmalar zamanı üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitin kimliyi müəyyən edilib. Bu, 41 yaşlı İldırım Musailiyevdir.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən İldırım Musailiyevin kim tərəfindən qətlə yetirilməsi araşdırılır.


Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: