14 Avqust 2014 15:45
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xızı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Giləzi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cəbrayıl Abbasov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Giləzi qəsəbə sakini Yalçın Novruzov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: