14 Avqust 2014 17:45

2 aylıq körpəsi oğurlanan Aysel Əsmədzadə polisə izahat verib.

Teleqraf.com-un xəbərinə görə, o, bildirib ki, uşaqlarını gəzməyə çıxarıb. Onun sözlərinə görə, digər övladlarını yelləncəkdə əyləndirmək üçün 2 aylıq uşağını tanımadığı qadına saxlamağa verib:

“Mənim başım qarışdı. Birdə xəbər tutdum ki, qadın yoxa çıxıb. O, uşağımı da götürərək hadisə yerindən qaçıb. Bir qədər həmin qadını axtarsam da, hadisə yerində tapa bilmədim. Bundan sonra məcbur olaraq polisə şikayət etdim”.

17:00

Sumqayıt şəhərində iki aylıq körpə uşaq oğurlanıb.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında qeydə alınıb. Şəhər sakini Aysel Əhmədzadənin 2 aylıq körpəsi oğurlanıb.

Hazırda polis tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...