14 Avqust 2014 18:38

Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Şilderin öldürülməzdən əvvəl avtomobilinə narkotik vasitə atmaqda, onu polis bölməsinə aparıb şərləməkdə təqsirli bilinən polis mayoru İlham Məmmədovun və digər şəxslərin məhkəmə prosesi növbəti dəfə baş tutmayıb.

Teleqraf.com-un xəbərinə görə, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Qurban Novruzovun səhhətində yaranan problem olub. Buna görə də məhkəmə iclası avqustun 20-nə kimi təxirə salınıb.

Vüsal Şilderin ailəsinin vəkili Aslan İsmayılov Teleqraf.com-a açıqlamasında deyib ki, təqsirləndirilən şəxslər hər dəfə məhkəmə iclasının uzatmağa çalışırlar: “Hər dəfə bir təqsirləndirilən şəxs xəstə olması ilə bağlı məhkəməyə məlumat verir. Bu da bilərəkdən məhkəmənin uzadılmasına xidmət edir”.

Qeyd edək ki, prokuror İlham Məmmədovun 8 il, Kənan Babayevin 7 il, Qurban Novruzovun 8 il, Türkiyə vətəndaşı Yaşar Sümər Gücərin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 21-də başlayacaq. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqov sədrlik edir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub. İnterpol Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan həmin şəxs Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür. Böyük səs-küy doğuran bu qətl hadisəsi ilə bağlı üzə çıxan detallardan biri odur ki, Vüsal Şilder Tariyel Ağayevin qızı ilə eşq yaşayıb. T.Ağayevin kiçik qızı Lalə Ağayeva Prezident Administrasiyasının yüksək rütbəli məmuru Fuad Abdullayevin (o da bərdəlidir) qaynı Anarın həyat yoldaşıdır... Həm Fuad Abdullayev, həm də qızın atasının özü Vüsal Şidlerə dəfələrlə xəbərdarlıq edərək qızla əlaqəni kəsməyi, onunla görüşməməyi, məktublaşmamağı, zəngləşməməyi tələb ediblər. Lakin əsas məsələ də bundadır ki, Lalə Ağayevanın özü də Şidlerə biganə deyilmiş. Ona görə də bu hədə-qorxu və xəbərdarlıqların heç bir xeyri olmayıb. Belə olanda bu eşq hekayəsini silah gücünə bitirməyə qərar veriblər.

Məlumatlara görə, Lalə Ağayeva demək olar ki, boşanmaq ərəfəsində imiş. Amma Tariyel Ağayev kürəkəninin könlünü dəbdəbəli və qiymətli hədiyyələrlə almağı bacarıb. Tariyel Əliyev kürəkəni Anara üç iri ticarət obyekti bağışlayıb. “Simonetta” butiki, “Double” və “Sanset” kafeləri ona qayınatası tərəfindən hədiyyə verilib. Mühafizəkar adam olan T.Ağayev qızının boşanmasına bu yolla mane olub. V.Şidler hədə-qorxu mesajları alandan bir neçə ay sonra qətlə yetirilib.

Hüquq-mühafizə orqanları bu gün belə bir yeni məlumat yayıblar: “ İnterpol Azərbaycanın əməkdaşları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olan həmin şəxs Prezident Administrasiyasında çalışan Tariyel Ağayevin kürəkəni Xəyal Əlizadədir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Əldə etdiyimiz məlumata əsasən, hazırda onun ekstradisiyası üçün tədbirlər görülür”.

Hacı Zeynalov


Müəllif:
Загрузка...