15 Avqust 2014 11:25
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan qardaşlar həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Elnur Yaqubov və onun qardaşı Elmir Yaqubov həbs edilib.

Onların aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zinət əşyaları, mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: