15 Avqust 2014 11:57
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avqustun 5-də M.Cəlal küçəsində yaşayan İlqar Paşayevin mənzilindən eyvandan keçməklə bijuteriya oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vahid Allahverdiyev və Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: