15 Avqust 2014 14:43
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonu Yenikənd kəndinin ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakinləri Fəzail Məmmədovun və Nurəli Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toquşub. N.Əliyev, F.Məmmədov və onun sərnişinləri - Düzyurd kənd sakinləri Ruslan Əliyev, Rəşad Abbasov xəstəxanaya yerləşdiriliblər.

Daha bir yol qəzası Ağdaş rayonu Alatava kəndinin ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini Faiq Quliyevin idarə etdiyi “VAZ-21723” və Naxçıvan şəhər sakini İldırım Babayevin idarə etdiyi “Prado” markalı avtomobillər toqquşub. F.Quliyev və sərnişini, həmyerlisi Sahil Abbasov hadisə yerində ölüblər.

Hacı Zeynalov


Müəllif: