15 Avqust 2014 14:48
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Zərgəran kəndinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ceyhun Babayevin və Qurbanəfəndi kənd sakini Seyfəddin Qəribovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

S.Qəribovun sərnişinləri - həmkəndliləri Hüseyn Qəribov, Xəyalə Qəribova, onun azyaşlı uşaqları Orxan, Emil, habelə C.Babayevin sərnişini - Sumqayıt şəhər sakini Nicat Mikayılov xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: