15 Avqust 2014 15:53
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini Pərvin Həmzəyev münaqişə zəminində həmyerlisi Naməddin Rəhmanova bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Həmzəyev tutulub.

Hacı Zeynalov


Müəllif: