16 Avqust 2014 13:00

Bakıda mənzillərin birində fahişəxana aşkarlanıb.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.



Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Toğrul Ələsgərovun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.



Məlum olub ki, T.Ələsgərov Yasamal rayonu ərazisindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil edirmiş.


Faktla bağlı artaşdırmalar davam edir.


Müəllif:
Загрузка...