16 Avqust 2014 13:25

Bakıda 64 yaşlı qadın yaşadığı mənzildə intihar edib.


Nərimanov rayon prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 15-i axşam 20:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1950-ci il təvəllüdlü Zoya Məhərrəmova yaşadığı mənzildə çilçıraqdan özünü asıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.


Müəllif:
Загрузка...