18 Avqust 2014 12:18
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədovun axtarışları başa çatıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Elşən Əliməmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 09:55-də başa çatıb.

Naibə


Müəllif: