18 Avqust 2014 13:00
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yaşayış evindən oğurluq edən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon sakini Əli Qasımovun evindən 35 manat və qızıl üzük oğurlamış həmyerlisi Əlixan Hüseynov saxlanılıb.

Onun rayon sakinləri Rəşad Pirverdiyevə məxsus “VAZ-2106” markalı avtomobildən maqnitofon və Əbülfəz Vəliyevə məxsus təmir alətlərini oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: