18 Avqust 2014 15:23

Yevlax rayonunun Xanabad kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Anar Bəkirovun idarə etdiyi “Lexus” və Bərdə şəhər sakini Elçin Salayevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub. E.Salayevin xəstəxanaya yerləşdirilmiş sərnişini, Yevlax şəhər sakini Könül Bayramova orada ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...