18 Avqust 2014 15:37

Astara rayonunda narkotik alverçisi həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyev tutulub.

Bəhruz Əliyevdən 9,54 qram, evinə baxış zamanı 20,29 qram marixuana və ona məxsus sahədən isə kultivasiya yolu ilə yetişdirdiyi 101 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...