18 Avqust 2014 15:56
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avqustun 18-də saat 01:00 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Tural İbrahimovun və Rusiya Federasiyası vətəndaşı Azər Ələkbərovun idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşub.

T.İbrahimovun sərnişinlərindən Sumqayıt şəhər sakini Fatma Dünyamalıyeva hadisə yerində ölüb, özü və digər sərnişinləri - arvadı Alidə, azyaşlı oğlu Namiq, Mehdiabad qəsəbə sakinləri Kəmalə Qasımova və azyaşlı Xədicə Qasımova, habelə A.Ələkbərovun sərnişinləri - Bakı şəhər sakini Aybəniz Ələkbərova, Goranboy rayon sakinləri Nərmin Məmmədova və bacısı Nigar xəstəxanaya yerləşdiriliblər. Tural İbrahimov orada ölüb, Aybəniz Ələkbərovaya, Nərmin Məmmədovaya və bacısı Nigara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: