19 Avqust 2014 10:33
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda yaşayış evlərindən biriə basqın olub.

Tovuz rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun mərkəzində, Rasim Qafarovun evində baş verib.

Məlumata görə, onun evinə gələn qohumu Fəxrəddin Ələkbərov sərxoş olub. O, həyətdə olan əşyaları dağıdaraq ev sahibinə ziyan vurub. Hadisə yerinə gələn polis əməkdaşları Fəxrəddin Ələkbərovu saxlayıb.

Bir müddət əvvəl Fəxrəddin Ələkbərovun qızı Rasim Qafarovun oğluna nişanlanıb. Lakin sonradan nişan pozulub. Bundan sonra qohumlar arasında mübahisə başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: