19 Avqust 2014 12:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirli bilinən Taleh Hacıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 2-də Xətai rayonu M.Hadi küçəsində naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb.

Xətai polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Taleh Hacıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Hacı Zeynalov


Müəllif:
Загрузка...