19 Avqust 2014 13:24

Hacıqabul rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ağanur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Nahid Əmiraslanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hacıqabul rayonunda ölümə səbəb olan daha bir yol qəzası Padar kəndində qeydə alınıb. Ağstafa rayon sakini Əkbər Dünyamalıyev idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əli Həsənovu vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...