19 Avqust 2014 13:44

Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən məlumat verilib.

Məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Məhəmməd Həmidov təmir işləri görüb. Bu zaman Namiq Əliyev onun təmir işləri aparmasına etiraz edib. Qonşular arasında mübahisə yaranıb. Mübahisəyə Məhəmməd Həmidovun qardaşı Tariyel Həmidov da qoşulub. Məhəmməd Həmidov qardaşı ilə birlikdə Namiq Əliyevi döyüblər.

Məhəmməd Həmidov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit rütbəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...