19 Avqust 2014 14:14

Qəbələ şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nohurqışlaq kənd sakini Səyavuş Məsimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb. Daha bir yol qəzası Daşkəsən rayonunda baş verib.

Daşkəsən rayonu Astaf kəndində Pirverdilər kənd sakini İlyas Orucov idarə etdiyi “ZİL-131” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...