19 Avqust 2014 14:55
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ağır cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Naxçıvani küçəsində qeydə alınıb. Kəlbəcər rayon sakini Aqşin Abdullayev münaqişə zəminində Bakı şəhər sakini Heydər Ağayevə baş nahiyəsindən başı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Heydər Ağayev orada ölüb.

Çevik Polis Alayı və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aqşin Abdullayev tutulub.

Hacı Zeynalov


Müəllif: