19 Avqust 2014 14:59
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Tərtər rayonunun Dörd yol adlandırılan ərazisində Ağdam rayon sakini Elşən Aslanov münaqişə zəminində həmyerlisi Füzuli Əliyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

E.Aslanov könüllü olaraq Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub. O, Tərtər RPŞ-yə təhvil verilib.

Qeyd edək ki, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Hacı Zeynalov


Müəllif: