20 Avqust 2014 12:02
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Azadlıq prospektində qeydə alınıb. Bakı şəhər sakini Ramin Qafarov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: