20 Avqust 2014 13:18
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunun Yenikəd kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Sənan Quliyevin idarə etdiyi “Mercedes” və Xaçmaz şəhər sakini Vüqar Cabbarovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

S.Quliyev hadisə yerində ölmüş, sərnişini – Bakı şəhər sakini Əfqan Əsgərov xəstəxanaya yerləşdirilib.
Daha bir yol qəzası Cəlilabad rayonu Ocaqlı kəndində qeydə alınıb. Məlikqasımlı kənd sakini Şahin Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini İxtiyar Bayramovu vurub.

Xəstəxanaya yerləşdirilmiş İ.Bayramov avqustun 19-da orada ölüb.

Hacı Zeynalov


Müəllif: